Hər iki müharibədə döyüşən “Maştağa”nın cəbhədə ad günü - Video

Hər iki müharibədə döyüşən “Maştağa”nın cəbhədə ad günü - Video Qələbəmizin qəhrəmanlarından olan “Maştağa” ləqəbli Vidadi adlı döyüşçümüz öz doğum gününü cəbhədə hərbçi dostları ilə birgə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə döyüşçünün doğum günündən görüntülər yayılıb. Hərbçimizin arzuları da elə qələbə ilə bağlı olub: “Siz mənə qanad verdiniz, siz məni cavanlığıma qaytardınız. Allah sizin hər birinizi sağ-salamat döyüşlərdən çıxarsın! Analar sevinsin. O gün olsun bax belə Xankəndidə yığışaq!”

Xatırladaq ki, “Maştağa” ləqəbli döyüşçümüz həm də Birinci Qarabağ müharibəsinin qəhrəmanlarındandır. Həmin dövrdən qalan nadir görüntülərdən birində döyüşçü dostları onun qəhrəmanlığından danışıb, xüsusən, Ağdərənin alınmasında böyük rolu olduğunu qeyd ediblər.


//ok.ru/video/2024845478506

Oxşar xəbərlər