Düşmənin hədsiz itkiləri — Cəbhəyə əlilləri və yaşlıları göndərirlər (VİDEO)

Düşmənin hədsiz itkiləri — Cəbhəyə əlilləri və yaşlıları göndərirlər (VİDEO) Cəbhədə gedən şiddətli döyüşlərdə Ermənistan silahlı qüvvələri böyük itkilərə məruz qalır.
Baku.ws xəbər verir ki, hər gün yüzlərlə canlı qüvvəsi məhv olunan Ermənistan ordusu artıq çıxılmaz vəziyyətdədir.

Belə ki, orduya hərbçi tapa bilməyən düşmən artıq xidmətə yararsız, yaşlı və əlil insanları döyüşlərə cəlb edir. Ölkə üzrə kişilərin sərhədləri tərk etməsini də qadağan edən Ermənistan hökuməti cəbhəyə getmək istəməyən şəxsləri axtarışa verib.

Qeyd edək ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin minlərlə canlı qüvvəsi məhv edilib və yaralanıb, çox sayda zirehli texnikası, artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, hava hücumundan müdafiə vasitələri məhv edilib.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Oxşar xəbərlər