
"Nərimanov rayonu, Murtuza Nağıyev və İsmayıl Hidayətzadə küçəsində yerləşən Şəkərbala uşaq bağçası ilə üzbəüz olan park zəbt edilib, xeyli sayda ağaclar kəsilib və orda 2 villa tikilib. Biri Nərimanovun icra başçısı Abdin Fərzəliyevə, digəri isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova məxsusdur”.
"Ölkə.Az"ın xəbərinə görə bu barədə məlumatı jurnalist Həbib Müntəzir yayıb.
"Hər 2 villanı də Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənov tikdirib və onlara hədiyyə edib. Ərazi 20 sotdur, özü də parkın içində qanunsuz tikilib. 4 mərtəbəli ağlaylı villadır. Hər iki villa sökülməlidir və park əvvəlki vəziyyətinə qayıtmalıdır.
Əli Həsənov demişdi ki, sübut eləsəm bağışlayacaq. Buyursun, inkar edə bilirsə etsin, yoxsa bağışlasın, burda da burcutmasın”.
Sfera.az-a daxil olan daha bir məlumata görə isə Londonda yaşayan müxalif hüquqşünas Qurban Məmmədova hədiyyə edilən obyekt və mənzillər də bu villaların qonşuluğunda yerləşir.
