Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində gördüyü işlər danılmazdır

Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  gördüyü işlər danılmazdır "... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".

Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbərini qəbul edib

Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  gördüyü işlər danılmazdır


Sentyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb.

Dövlət Komitəsinin sədri Arian Baueri yeni təyinatı münasibəti ilə təbrik edib.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən soydaşımızın üzləşdiyi çətinliklər və məhrumiyyətlər haqqında məlumat verilib . Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnaməsi hələ də icra edilməyib. Ermənistan işğalçılıq siyasətini davam etdirir, hərbi qarşıdurmanı qızışdırmağa cəhd göstərir. Bu gün Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçularından biri şəhid olub, biri yaralanıb.

BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın davam etdiyi bir vaxtda belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur, yeni qəsəbələr salınır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

Görüşdə xatırlanıb ki, Ümumilli Lider Heydər Əliyevin çağırışı ilə ötən əsrin 90-cı illərində Azərbaycana gələn beynəlxalq təşkilatların dəstəyi nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb. Həmin dövrdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda fəaliyyəti, qaçqınların və məcburi köçkünləri çadırlarla, ərzaq və digər ləvazimatlarla təminatında fəal iştirakı unudulmur, dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyətləri ilə birgə cəbhəyanı ərazilərdə və təmas xəttində yaşayan məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri keçirilir. Ötən il Tərtərdə keçirildikdən sonra bu təlimlər koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. İndi Ağdam rayonunda təlimlərin keçirilməsi üçün hazırlıq görülür.

Söhbət zamanı Dövlət Komitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xanım Elena Aymone Sessera təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmizdəki fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, BQXK tərəfindən keçirilən digər təlimlərdə yerli icma ilə yanaşı, məcburi köçkünlər də iştirak edir.

Xanım Arian Baueri səmimi qəbula görə təşəkkür edib. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət Komitəsinin sədri xanım Elena Aymone Sesseraya ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.


Dövlət Komitəsinin sədri videoqəbul keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 15-də növbəti videoqəbul keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir. Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Qeyd edək ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  gördüyü işlər danılmazdır
Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  gördüyü işlər danılmazdır


“Əsgərə salam” layihəsinə daha üç şəhidin övladları qoşulub

Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  gördüyü işlər danılmazdır


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha üç şəhidin – iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat zamanı qəhrəmancasına həlak olan mayor Anar Gülverdi oğlu Novruzovun, mayor Namiq Hajan oğlu Əhmədovun və çavuş Vüqar Lətif oğlu Sadıqovun övladları qoşulub. Onlar hərbi salam vəziyyətində şəkil çəkdirərək, “Əsgərə salam” layihəsinə qoşulub.

Mayor Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. On uşaqlı ailənin sonbeşiyi idi. Vətən sevgisi ilə taleyini hərbçi peşəsinə bağlamışdı. Hazırda bir qardaşı oğlu və iki bacısı qızı onun yolunu davam etdirir. Şəhidin oğlu 13 yaşlı Nihad da atası kimi hərbçi olmaq arzusundadır. Şəhidin qızı Firuzə XI sinif şagirdidir, arzusu polis işçisi olmaqdır.

Mayor Namiq Əhmədov 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı qəsəbəsində anadan olub. İki övladı yadigar qalıb. 11 yaşlı Məhəmməd atasının yolunu davam etdirmək istəyir. 6 yaşlı Nigar isə atasının şəhid olmasından hələ xəbərsizdir.

Çavuş Vüqar Sadıqov 1987-ci ildə Ağstafa rayonun Göycəli kəndində anadan olub. Üç övlad – bir oğul, iki qız atası idi: Yaşar 11, Nərgiz 8, Zeynəb 7 yaşındadır.

Şəhid övladları “Əsgərə salam” layihəsinə qoşulmaqla qəhrəman atalarının ruhuna ehtiram, onların silahdaşlarına inam və etibar nümayiş etdirirlər. Rəşadətli ordumuz vətən yolunda canını əsirgəməyən əsgər və zabitlərimizin intiqamını düşməndən alıb. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün də uzaqda deyildir.

Xatırladaq ki, Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və müddətdən artıq həqiqi hərbi xidmət edən baş əsgər Elşad Məmmədovun övladları da "Əsgərə salam" layihəsində iştirak ediblər. Onların hərbi salamlama vəziyyətində çəkilən fotoşəkillər sosial şəbəkələrdə paylaşılıb.

Bu ilin əvvəlindən etibarən gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin, “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.

Oxşar xəbərlər