Timoşenko koronavirusa yoluxub — Vəziyyəti ağırdır
Ukraynanın sabiş Baş Naziri, parlamentdəki “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa (COVİD-19) yoluxub. APA xəbər verir ki, bu barədə Y. Timoşenkonun mətbuat katibi Marina Soroka “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. M. Soroka Y. Timoşenkonun durumunun ağır olduğunu, hərarətinin 39 dərəcəyə çatdığını bildirib.