
Bu barədə ÜST-nin Azərbaycandakı nümayəndəliyi məlumat verib. Məlumatda qeyd olunur ki, layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısını almaq, hazırlıq və mübarizə imkanlarını gücləndirməkdir.
Qeyd edək ki, Avropa İttifaqı Azərbaycan da daxil olmaqla Şərq qonşuluğundakı altı ölkəyə COVID-19 pandemiyasına qarşı mübarizəyə yardım etmək məqsədilə 30 milyon investisiya ayırıb. /bakupost.az/