General-leytenant Firudin Nəbiyev dünyasını dəyişdi

General-leytenant Firudin Nəbiyev dünyasını dəyişdi Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.
Qafqazinfo xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib.

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Oxşar xəbərlər