Ermənistan sərhəddə təxribat törətdi: Mülki şəxs vəfat etdi
Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub. Oxu.Az-ın təmas xəttində olan əməkdaşı xəbər verir ki, Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib. Mərmi onun yaşadığı evin həyətinə düşüb.