“Tezliklə əvvəlki həyatımıza qayıdacağıq”- Səhiyyə naziri

“Tezliklə əvvəlki həyatımıza qayıdacağıq”- Səhiyyə naziri “Biz tezliklə əvvəlki həyatımıza qayıda bilərik. Bu vaksinlərin nə vaxta hazır olacağına bağlıdır. Çünki vaksinlər dayanıqlı immunitet yaratmalıdır”, – deyə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

“Tezliklə əvvəlki həyatımıza qayıdacağıq”- Səhiyyə naziri


Nazir bu barədə “Rossiya 1” telekanalının müxbiri və teleaparıcı Nailə Əsgərzadəyə eksklüziv müsahibə verib.

Müsahibə zamanı Mixail Muraşko bildirib ki, artıq 17 vaksin hazırdır: “Vaksinasiya işləri vətəndaşların könüllü icazəsinə uyğun olaraq aparılacaq. Müşahidələr isə onu göstərir ki, əhalinin əksəriyyəti vaksin vurulmasının tərəfdarıdır. Biz səhiyyə işçiləri əvvəlki həyatımıza qayıtmaq üçün daim çalışırıq.

Koronavirus insana immuntetinə uyğun olaraq təsir edir. Hər bir şəxsdə də özünəməxsus immunitet var”, – deyə nazir qeyd edib. /Cebhe.info/

Oxşar xəbərlər