Ona etibar edilən bütün işlərdə Elman Xəlilov özünü doğruldub - ÖZƏL

Ona etibar edilən bütün işlərdə Elman Xəlilov özünü doğruldub - ÖZƏL Rayonda dezinfeksiya işləri davam etdirilir

Ona etibar edilən bütün işlərdə Elman Xəlilov özünü doğruldub - ÖZƏL


Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonumuzda koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin intensiv hərəkət etdiyi prospekt və küçələrdə, ticarət obyektlərinin ətrafında, bankomatların yerləşdiyi ərazilərdə təmizlik - dezinfeksiya işləri həyata keçirilir.

Ona etibar edilən bütün işlərdə Elman Xəlilov özünü doğruldub - ÖZƏL
Ona etibar edilən bütün işlərdə Elman Xəlilov özünü doğruldub - ÖZƏL



Qax rayonunun İlisu kənd bələdiyyəsinin sədri Elman Xəlilov - Beynəlxalq ictimaiyyət tərəfindən Prezident cənab İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi ölkəmizə, cənab Prezidentə olan böyük etimadın və ehtiramın növbəti göstəricisidir

Məlum olduğu kimi, cari ildə bütün bəşəriyyət görünməz bir düşmən olan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Belə ki, infeksiyanın yayılmasının qarşısının alınması ucün vətəndaşların təhlükəsizliyinin təmin olunması, hər bir hökumətin həyata keçirdiyi məqsədyönlü və təxirəsalınmaz tədbirlərdəndir.Hal-hazırda koronavirus bütün dünya üçün böyük bir bəla olmaqla bərabər, hələ də bəşəriyyətə qlobal problemlər yaratmaqda davam edir.
Ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.
Bu məqsədlə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşmüş və ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Mayın 4-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir.
Daha bir qlobal təşəbbüsünü reallaşdıran Prezident İlham Əliyev bu dəfə 120 üzv dövləti və 17 müşahidəçi ölkəni, eyni zamanda, 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşündə koronavirus bəlasından çıxış yolunu göstərməklə yanaşı, bu istiqamətdə reallaşdırdığı proqramların effektiv nəticələrini də bölüşdü.
Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.
Məhz bu baxımdan Prezident cənab İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin və mövcud vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac var.
Çox təəssüflər ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu, demək olar, görünmürdü.Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə köklənmişdi. Keçən dövr ərzində böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, faktiki olaraq, baş vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan fraqmental addımlar atıldı.Ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil ediləcək və müsbət təsirləri olacaq.BMT-nin xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olacağı gözlənilən idi. Ona görə ki, Azərbaycanın artan nüfuzu, beynəlxalq aləmdə sözünün eşidilməsi işğalçı ölkə olan Ermənistanı rahatsız edir.Bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü növbət dəfə rüsvay etdi. Bütün dünya Azərbaycan Prezidentinin bu önəmli təşəbbüsünün əleyhinə olan Ermənistanın əsl irticaçı siyasətinin bir daha şahidi oldu. Bu da işğalçı Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir.
130-dan çox BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə və cənab Prezidentə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elman Xəlilovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qax rayonunun İlisu kənd bələdiyyəsinin sədri Elman Xəlilovdur.

Qax rayonunun İlisu kənd bələdiyyəsinin sədri Elman Xəlilov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Elman Xəlilov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Elman Xəlilov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Elman Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elman Xəlilov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elman Xəlilovdan danışdılar yaxşı ki, Elman Xəlilov Qax rayonunun İlisu kənd bələdiyyəsinin sədridir. Elman Xəlilov öz isguzarlığı ilə tanınır və seçilir….

Elman Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elman Xəlilov yüksək insanlığı ilə seçilən bir insan və deputatdır!

Elman Xəlilov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elman Xəlilov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qax rayonunun İlisu kənd bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elman Xəlilov özünü doğruldub. Bizdə hörmətli Elman Xəlilovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər