Avropada say yenidən artır, İspaniya karantini bərpa edir

Avropada say yenidən artır, İspaniya karantini bərpa edir İspaniya hökuməti Araqon bölgəsində, Uesk əyalətində koronavirus infeksiyası aşkarlandığından karantin tədbirlərini yenidən bərpa edir.

“Euronews” verdiyi xəbərə görə, bu, Avropa İttifaqına üzv ölkədə izolyasiyanın ləğvindən dərhal sonra yeni məhudiyyətlərin tətbiq olunduğu ilk haldır.

Mütəxəssislər koronavirus infeksiyasının meyvə və tərəvəz yığan mövsümi işçilər arasında yayıldığını ehtimal edirlər. Virusun yayıldığı mərkəz hələ lokal olsa da, iki böyük aqlomerasiyada: ölkənin paytaxtı və Barselonada da aşkarlanıb.

Analoji vəziyyət Almaniyada da müşahidə olunub. Belə ki, Şimali Reyn-Vestfaliyada yerləşən ən böyük ət emalı zavodunun yaxınlığında yaşayan 500-dən çox yoluxmuş şəxsin olduğu müəyyən edilib.

Qeyd edək ki, ÜST bir neçə gün öncə açıqlama yayaraq epidemiyanın ikinci dalğasının hazırkı situasiyada və xüsusilə də Avropada neçə günə başlayacağının sual altında olduğunu bildirmişdi.

Mütəxəssislərin proqnozunun nə dərəcədə gerçəkləşəcəyini söyləmək çətindir, amma digər tərəfdən yeni yoluxma ocaqları təkcə Avropa Birliyində deyil, İngiltərədə, xüsusən də Şimali Uelsdə qeydə alınıb.

Xatırladaq ki, İspaniya yoluxma (293 584 nəfər) və ölüm (28 324 nəfər) sayına görə dünya üzrə altıncı yerdədir.

Oxşar xəbərlər