Azərbaycan ordusunun PUA heyətləri təlim-məşq uçuşları keçirir — VİDEO

Azərbaycan ordusunun PUA heyətləri təlim-məşq uçuşları keçirir — VİDEO Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.
PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.


Oxşar xəbərlər