
Bu sözləri Müdafiə Nazirliyi sosial şəbəkələrdə MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntülərə cavab olaraq bildirib.
Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır.
"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, sözügedən video görüntü İtaliyadakı 2017-ci il aviaşousu zamanı qeydə alınıb. Müdafiə Nazirliyi redaksiyamıza həmin video görüntünü də təqdim edib.