Daşkəsəndə ahıl insanlara sosial xidmət davam edir

Daşkəsəndə ahıl insanlara sosial xidmət davam edir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 23 mart 2020-ci il tarixli qərarına əsasən, 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.

Bunu nəzərə alaraq, tənha ahıl insanlara sosial xidmətlərin göstərilməsi, onların zəruri istehlak məhsulları ilə təmin edilməsi cəmiyyətimiz və biznes nümayəndələri qarşısında duran önəmli vəzifələrdəndir.
Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Daşkəsən rayon şöbəsi tərəfindən tənha ahıl vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi işlərini fəal şəkildə davam etdirir.
Həyata keçirilən təşəbbüs xalqımızın milli-mənəvi dəyərlərinə sədaqətin nümunəsi olaraq Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən yaşadılan xeyriyyəçilik ənənələrinin davamlı olması yolunda atılan addımdır.

Oxşar xəbərlər