Afət Fərmanqızından “Xəzər” Tv-yə sərt ittihamlar — “Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım” - FOTO

Afət Fərmanqızından “Xəzər” Tv-yə sərt ittihamlar — “Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım” - FOTO Müğənni Afət Fərmanqızı daha bir qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Müğənni “İnstagram” səhifəsində izləyicilərinin birinin ''Sizə də efir qadağası qoydular? Yoxsa artıq bu qadağa var idi?'' sualına qalmaqallı şəkildə cavab verib:

''Mən oxuyanda ''Xəzər'' televiziyası yox idi. Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım. Mənim ondan başqa üstün efirlərim var. ''Youtube'' kanalım və ''İnstagram'' hesabım bəs edir”,- deyə o, sərt şəkildə məsələ barədə fikrini bildirirb.

Bundan sonra Fərmanqızı həmin şərhin fotosunu səhifəsində paylaşaraq bu sözləri qeyd edib:
''Atv və ARB televiziyası mənə bəs edir. Məni təmənnasız dəvət edirlər. Qaldı ''Xəzər'' televiziyasına xoruz yox idi, səhər açılmırdı? Məni xalqın qəlbində qadağaya sala bilmirlər. Bir dənə də Seyid Əzim Şirvanidən oxuyacam. Efir mənim üçün problem olsa Rusiya və Türkiyə televiziyalarına yolum açıqdır. Dəli şeytan deyir televiziya açım''.

Qeyd edək ki, “Xəzər” televiziyasına yeni rəhbər təyin olunan, Xalq artisti Murad Dadaşov, bəzi müğənniləri kanalın “qara siyahı”sına salıb. Qadağaya düşən müğənnilər arasında Damla, Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Türkan Vəliyeva və Pərviz Bülbülənin adı var.

Afət Fərmanqızından “Xəzər” Tv-yə sərt ittihamlar — “Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım” - FOTO

Oxşar xəbərlər