Afət Fərmanqızı bu dəfə “Dombra”ya əl atdı

Afət Fərmanqızı bu dəfə “Dombra”ya əl atdı ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinin qonaqlarından biri də müğənni Afət Fərmanqızı olub.
İfaçı verilişdə maraqlı açıqlamaları və ifaları ilə yadda qalıb. O, verilişə eksklüziv olaraq tam yeni mahnıları ilə qonaq gəldiyini söyləyərək, ifalarını təqdim edib. Lakin nəğmələrdən birinin “Dombra” olduğu marağa səbəb olub. Belə ki, ifaçı onu özünün yeni mahnısı kimi təqdim edib.
Xaırladaq ki,”Dombra” mahnısı Noğay Türklərinin xalq sənətçisi Arslanbek Sultanbekovun ifasında məşhurlaşıb. Nəğmə bütün türk ellərində vətənpərvərlik marşı kimi qəbul edilir.

Oxşar xəbərlər