İranda nə qədər adam koronavirusdan ölüb? – RƏQƏMLƏR

İranda nə qədər adam koronavirusdan ölüb? – RƏQƏMLƏR Çində yeni tip koronavirusdan ölənlərin sayı 2 min 699-a çatıb.

Çindən sonra ən çox ölüm İranda qeydə alınıb.

Ölkədə virusdan ölənlərin sayı 16-ya çatıb. Qeyri-rəsmi məlumata görə, bu rəqəm 50-ni ötüb.

Qeyd edək ki, təkcə Çində 80 min 147 nəfər virus daşıyır. 27 min 323 nəfər isə epidemiyadan sağalaraq evə buraxılıb.

Ümumdünya Səhiyyə Təşkilatının Prezidenti Tedros Adanom Qebreyesus bildirib ki, Çindən dünyanın 29 ölkəsinə yayılan yeni tip koronavirus (Kovid-2019) pandemiyaya çevrilə bilər. (publika.az)

Oxşar xəbərlər