
Ay Etibar, cinayətkarların, saxtalarların şəklini paylaşmaq ayıb deyil! Ayıb bilirsən nədi? Paltarın altında saxta bülleten gizlədib, seçkiləri saxtalaşdırmaqdır! Vicdansızlar! Sizlər bu cinayyətlərə görə bir gün layiqli cəzanızı alacaqsız! Beləsini görməmisiz. Rəsmi sənədlə (protokolla) mən qalibəm, amma MSK nə edib... Dəhşətə gələcəksiz. Analoqu olmayan saxtakarlıq... Mənim haqqımı belə yeyirlər. Mənim haqqımı yeyənlərin Allah bəlasını versin... Utanıb, vicdan əzabı çəkmirsiz heç? Mütləq sona qədər baxın və hər yerdə paylaşın! Bu xalqın əsl düşmənlərini hamı tanısın. Bu ölkəni uçuruma aparanları hamı tanısın! Buna nə ad vermək olar? Bax siz olun mənim yerimdə nə edərdiz? Seçki adına ləkə gətirən dairələrdən biri 31 Suraxanı ikinci seçki dairəsi. Yuxarıda oturanlar güya bu özbaşnalığı, bu biabırçılığı görmürlər? Bilmirlər? Vicdansızlar! Belə haqsız ədalətdiz ölkə olar heç? Niyə məndən bu qədər qorxurlar? Nə etmişəm axı mən? Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu cinayətin arxasında birbaşa sən dayanmısan! Sən səs oğrususan! Bir gün sən bunun cəzasını alacaqsan!"
***
Xatırladırıq ki, FB statuslarda açıq şəkildə yazılır ki, Etibar Əliyevi dəstəkləyən Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradovdur: «Etibarı maliyyələşdirən və ona həm də mənəvi dəstək olan Ədalət Muradovdur».
Onu da xatırladırıq ki, rektor Ədalət Muradov doktorluq və professor diplomunu qanunsuz yolla əldə edərək rektor təyin edilib. Onun 1998-ci ildə Kiyev şəhərində müdafiə etdiyi doktorluq dissertasiyası isə başdan ayağa Azərbaycanın əleyhinədir, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü ifşa edib, hakimiyyəti naşı adlandırması bəs deyil, Azərbaycanın belə davam edərsə, tezliklə «banan respublikası»na çevriləcəyini yazıb, «Əsrin müqaviləsi»ni səmərəsiz layihə kimi təqdim edib vəs. //tezadlar.az//