Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir

Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə iki nəfərin müayinəsi davam edir.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, fevral ayının 10-u üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var:

“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.

Oxşar xəbərlər