Koronavirusa yoluxanların əsl sayı açıqlandı

Koronavirusa yoluxanların əsl sayı açıqlandı Honq Konq Universitetinin alimləri koronavirusa yoluxan insanların dəqiq sayı barədə açıqlama verib.
Bu barədə “Science Alert” xəbər yayıb.

Araşdırmaçıların hesablamalarına görə, 2020-ci il yanvarın 25-nə kimi infeksiyaya yoluxanların sayı 75815 nəfər olub. Bu isə rəsmi rəqəmlərdən 10 dəfə artıqdır.

Virusun yayılması ilə bağlı real mənzərə nəzəri modelləşmə əsasında alınıb. Təsdiqlənmiş halların rəsmi saylarla uyğun gəlməməsi bir neçə amillə, o cümlədən yoluxma və ilkin simptomlar arasında gecikmə, həmçinin laborator analizlərlə 2019nCov-un orqanizmdə olmasının təsdiqlənməsi üçün lazım olan vaxtla izah olunur.
Tədqiqatların nəticələrinə görə, dekabr ayında virusla infeksiyalanmış hər bir insan iki-üç nəfəri yoluxdura bilərdi. Xəstələrin sayı hər 6,4 gündən sonra iki dəfə artıb.

Lakin hesablamalar doğru olarsa, bu o deməkdir ki, 2019-nCov-dan ölüm səviyyəsi ehtimal olunandan da azdır və bir faizdən də az təşkil edir

Nəşrdə vurğulanır ki, mövsümi qripdən hər il 290000-650000 arası insan həyatını itirir.

Oxşar xəbərlər