Nərminin qatili həbs edilib? – Atası AÇIQLADI

Nərminin qatili həbs edilib? – Atası AÇIQLADI Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxsin saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Nərminin atası Şərif Quliyev məlumatı təkzib edib.

O, qeyd edib ki, hüquq mühafizə orqanları məsələni araşdırır:

“Mənə heç kim belə məlumat verməyib. Qatilin saxlanılması xəbəri yalandır”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da Modern.az-a rəsmi məlumat olacağı təqdirdə ictimailəşdriləcəyini bildiriblər.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər