Nərminin qatili olduğu deyilən İLKİN KİMDİR? – TƏFƏRRÜAT/VİDEO

Nərminin qatili olduğu deyilən İLKİN KİMDİR? – TƏFƏRRÜAT/VİDEO Tovuz rayonunda müəmmalı şəkildə qətlə yetirilmiş 10 yaşlı Nərmin Quliyevanın qatilinin tutulması ilə bağlı məlumatlar yayılıb.

Dondar Quşçu kəndində azyaşlı qızın qonşuluqda yaşayan İlkin adlı şəxs tərəfindən öldürülməsi bildirilir.

Məlumata görə, həmin şəxs noyabrın 21-də itkin düşmüş və yanvarın 6-da axşam saatlarında Nərminin yanmış meyitini görən ilk şəxsdir. İlkin adlı həmin şəxs Nərmingilin evindən bir qədər aralıda yaşayır və psixi çatışmazlığı olan biri kimi xərakterizə olunur. Sakit təbiətli və özünə qapanmış şəxs olan İlkin ata-anası ilə yaşayır və hadisədə əsas şahid və şübhəli kimi saxlanılıb. Belə ki, qətllə bağlı məlumatlar yayılandan sonra istintaqa cəlb edilən ilkin ifadəsi alındıqdan sonra buraxılmışdı. Lakin hüquq-mühafizə orqanlarının şübhələri yenidən onun üzərində fokuslaşıb və həmin şəxs yenidən saxlanılıb. Hazırda kənddə qatilin İlkinin olması barədə söhbətlər gəzir.

Hazırda qatilin dəqiq kim olması barədə hələlik rəsmi məlumat yoxdur. (publika.az)


Oxşar xəbərlər