Erməni baş məşqçi Balayevi heyətə daxil etdi

Erməni baş məşqçi Balayevi heyətə daxil etdi “Tobol” klubunun erməni baş məşqçisi Qriqori Babayan Azərbaycan yığmasının qapıçısı Emil Balayevlə bağlı qərar verib.

“Qafqazinfo”nun məlumatına görə, çalışdırıcı millimizin qolkiperini təlim-məşq üçün olan heyətə daxil edib.

Balayev komanda ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışa yollanacaq.

Qeyd edək ki, Qriqori Babayanın gəlişindən sonra E.Balayevin “Tobol”dan ayrılacağı iddia olunurdu.

Oxşar xəbərlər