
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasəb, həmin Qaydanın 3.2-ci bəndində “16” rəqəmi “15” rəqəmi ilə əvəz edilib.
Qeyd edək ki, qərarın müvafiq bəndində yazılmışdı ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi ilə bağlıdır.
Əvvəlki qərara əsasən isə ilkin seçim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanırdı.