Elnur Rzayevin gərgin əməyi nəticəsində bu gün Xaçmaz rayonu sürətli inkişaf baxımından digər rayonları qabaqlayır

Elnur Rzayevin gərgin əməyi nəticəsində bu gün Xaçmaz rayonu sürətli inkişaf baxımından digər rayonları qabaqlayır Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev - Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var

Dünya koronovirus pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Böhran nətıcəsində dünyanın 150-dən çox ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq respublikamızda sosial layihələr ixtisar edilməyib.

İyulun 12-də Ermənistan ordusu torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə Tovuz istiqamətində mövqelərimizə qəflətən artilleriya hücumu nəticəsində qan tökülüb, şəhidlərimiz olub, hərbçilərimiz yaralanıb, o cümlədən mülki vətəndaşımız həlak olub. Şəhidlərimizin qanı yerdə qalmayıb,düşmən layiqli cavabını alıb, qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.

Hərbi qələbəmizi qeyd etmək, dövlətə, orduya dəstək göstərmək üçün minlərlə insan küçələrə çıxdı, birlik nümayiş etdirdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Unutmamalıdırlar ki, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşu olan Ermənistanla mübarizədə çox böyük bir gücə çevrilib. Bunu ölkə prazidenti İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasət nəticəsində Azərbaycan xalqı yaradıb. Ölkə başçısı deyib: “Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır “.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elnur Rzayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Elnur Rzayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elnur Rzayevdən danışdılar yaxşı ki, Elnur Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub… Elnur Rzayev öz isguzarlığı ilə tanınır və seçilir….

Elnur Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Respublikamızın hər yerində olduğu kimi, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun tərəqqiyə qovuşmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrdə həyat səviyyəsinin daha da yaxşılaşmasında mühüm rol oynayıb.

Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin gərgin əməyi nəticəsində bu gün Xaçmaz rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son zamanlarda rayonda həm pambıqçılıq, həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Xaçmaz rayonu regionun mərkəzinə çevrilməkdədir.

Bizdə hörmətli Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər