9 dəfə yaralanan "Aprel döyüşləri" qazisinin toyudur — VİDEO

9 dəfə yaralanan Yevlax rayonunda Qarabağ qazisinin möhtəşəm toyu olub.
Oxu.az xəbər verir ki, Aprel döyüşlərinin iştirakçısı olan Rəcəb İbrahimov Tamella adlı xanımla ailə həyatı qurub.

Düşmən təxribatının qarşısını alarkən doqquz dəfə yaralanan R.İbrahimovun toyu vətənpərvər şəkildə qeyd edilib.

R.İbrahimova Yevlax Rayon İcra Hakimiyyətinin və döyüş yoldaşlarının hədiyyələri təqdim edilib. Eləcə də, Aprel döyüşlərində göstərdiyi şücaətə görə hərbi hissənin Fəxri Fərmanı verilib.


Oxşar xəbərlər