Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL

Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL Gürcüstanın Gəncədəki Baş Konsulu ADAU-da olub

Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL



Gürcüstan Respublikasının Baş Konsulu Nikoloz İaşvili və Vitse-Konsul Teimuraz Sanadze Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb. Görüşdə qonaqlara təhsil müəssisəsinin maddi-texniki bazası barədə ətraflı məlumat verilib, beynəlxalq təhsil əməkdaşlığından danışılıb, tədrisin dünya standartları səviyyəsində qurulması diqqətə çatdırılıb.

Qonaqlar universitetin tədris korpusları ilə tanış olub, bir neçə auditoriyada payız imtahan sessiyasının gedişi ilə maraqlanıb, tələbələrin sosial yaşayış şəraitinə nəzər yetirib, tələbə evlərindəki müasir yaşayışdan razılıqlarını bildiriblər. Qonaqlar ADAU TV internet televiziyasının studiyasında da olub, televiziyanın proqramları ilə maraqlanıblar.

Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL


Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL
Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL
Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL
Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL
Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL


ADAU-da quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin təqdimatı keçirilib

Heydər Əliyev Fondu və İsrail səfirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru İbrahim Cəfərov ərzaq təhlükəsizliyinin bütün dünyada, o cümlədən də Azərbaycanda prioritet istiqamətlərdən olduğunu bildirib. Qeyd edib ki, bu sahədəki mövcud problemlərin həlli bilavasitə kənd təsərrüfatının kompleks inkişafından asılıdır. Hər il dünya əhalisinin artımı, əkinəyararlı torpaq sahələrinin azalması, antropogen təsirlər nəticəsində meşə ehtiyatlarının məhv edilməsi, qlobal miqyasda müşahidə olunan istiləşmə, bununla da dünyanın şirin su ehtiyatlarının getdikcə tükənməsi, dünya okeanının səviyyəsinin artması, əkinəyararlı torpaqların su altında qalması, düzgün olmayan suvarma nəticəsində bəzi ərazilərin eroziyaya, şoranlaşmaya məruz qalması, ümumilikdə isə ekoloji sistemin pozulması aqrar sahənin inkişafı üçün zəruri olan komponentlərin, xüsusən də şirin suyun daha səmərəli istifadəsini zəruri edib.

Bildirilib ki, universitet ərazisindəki yüksək texnologiyalı damla suvarma sistemi bu sahədə dünyanın aparıcı lideri və istixana təsərrüfatları üzrə yüksək məhsuldarlığına görə seçilən həllər təchizatçısı - İsrailin “NETAFIM” şirkəti tərəfindən quraşdırılıb. Suvarma sistemi və onun idarəetmə mərkəzi Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılıb.

Layihənin məqsədi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrini bu demofarm vasitəsilə suvarmaya aid olan müxtəlif tədris proqramlarının keçirilməsindən və ondan düzgün istifadə qaydaları ilə tanış olmasından, eləcə də yüksək texnologiyalı bu suvarma sistemlərinin ölkədə fəaliyyət göstərən sahibkarlara və ya suvarma sistemini öz əkin sahəsinə quraşdırmaq niyyətində olan fermerlərə təqdimatından ibarətdir.

Heydər Əliyev Fondunun bu vaxtadək həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, yeni texnologiyaların tətbiqi, kənd təsərrüfatı və sair istiqamətlərdə böyük və unikal layihələr icra etdiyini deyən Fondun departament rəhbəri Soltan Məmmədovun sözlərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin tətbiqi gələcəkdə bu sahədə təhsil alan kadrların həm nəzəri, həm də praktik bilik və bacarıqlarının artmasına töhfə olacaq. Həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olan fermerlərə bu cür sistemi tətbiq etməyə və yüksək məhsuldarlığa nail olmağa şərait yaradacaq.

Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edən “NETAFIM” şirkətinin Azərbaycan nümayəndəliyinin bölgə üzrə təmsilçisi İlya Krasnoşokov bu cür layihənin icrasının ölkəmizdə kənd təsərrüfatı sektorunun gələcək inkişafı baxımından uğurlu olacağını deyib. Bildirilib ki, “NETAFIM” şirkətinin təqdim etdiyi yeni texnologiya hər bir damlanı bitkinin inkişafı və məhsuldarlığı üçün müsbət fərqə çevirir. Belə ki, bu sistemin tətbiqi ilə ölkəmizin aqrar sektorunda əsas problemlərdən olan torpaqların şoranlaşmasının və su sərfiyatının qarşısını almaq, məhsuldarlığı isə bir neçə dəfə artırmaq mümkündür.

Sonra Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsi çərçivəsində görülmüş işlər iştirakçılara təqdim olunub.

Bu sistemin dünyada ən müasir sistem olduğunu deyən “NETAFIM” şirkətinin Azərbaycan nümayəndəliyinin bölgə üzrə təmsilçisi İlya Krasnoşokov burada quraşdırılmış idarəetmə mərkəzi, 4 cür filtr və 4 cür gübrələmə sistemi, 2 növ suvarma (damcı, çiləmə) və 8 üsulda aparılacaq sulama texnologiyası haqqında ətraflı məlumat verib, ənənəvi, intensiv və superintensiv bağlarda torpaqaltı və torpaqüstü suvarmanın üstünlüklərini izah edib.

Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL
Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL
Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL



Azərbaycan Dövlət Aqrar Universiteti professor-müəllim heyəti rektor, professor İbrahim Cəfərov rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Azərbaycan Dövlət Aqrar Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır - ÖZƏL


Bir daha qeyd edirik ki, son vaxtlar bəzi saytlarda universitetimiz haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur.Bu məqalələrdə göstərilənlər universitetimizin və onun rektorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, universitet rektoru dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün valideyn və tələbələr tərəfindən təqdir olunur. Universitetin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Belə qənaətə gəlinir ki, universitetdə şəffaflığın yaradılması, dərsə davamiyyət səviyyəsinin xeyli yaxşılaşdırılması, tədris prosesində interaktiv metodlardan geniş istifadə edilməsi, beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin universitetlə bağlı gedən böhtan xarakterli yazıların “naməlum mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.

Bir daha bildiririk ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Azərbaycan Dövlət Aqrar Universiteti bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.

Oxşar xəbərlər