Azərbaycanda daha 5 tələbə zəhərləndi

Azərbaycanda daha 5 tələbə zəhərləndi Qazaxda zəhərlənmə hadisəsi baş verib.

"Qafqazinfo" nun xəbərinə görə, rayonda fəaliyyət göstərən Qazax Dövlət Sosial-İqtisadi Kollecininin 5 tələbəsi 19 yaşlı Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Onlara yardım göstərilib vəziyyətləri kafi qiymətləndirilir.

Tələbələrin qaz sobasının tüstüsündən zəhərləndiyi ehtimal edilir.

Oxşar xəbərlər