Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.Nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi təyin olunub.
Bundan öncə həmin vəzifəni tutan Mehman Təhməzov təqaüdə göndərilib.