Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb.
Araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb.

Hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı azyaşlı övladları - 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.

Uşaqlar atasından ayrı yaşayır. Qadın siqaret çəkir və içki audəçisidir.

Oxşar xəbərlər