Yusif Mustafayev qadınları təhqir etdi – VİDEO

Yusif Mustafayev qadınları təhqir etdi – VİDEO “X maqazin” verilişi şou-biznes nümayəndələri arasında qadına şiddətlə bağlı sorğu aparıb.

Onlar arasında Əməkdar artistlər Baloğlan Əşrəfovla Yusif Mustafayevin cavabı diqqət çəkib.

B.Əşrəfov “Qadına əl qaldırmısan” sualına “Əsəbləşəndə elə olur ki, ya gərək yumruğu stola çırpasan, ya da yüngül nəsə… Yüngül şeylər olur, kişiyə yaraşmaz desin ki, “yox” etmirəm” cavabını verib.

Etiraf etməkdən çəkinən Y.Mustafayev isə “Biz sovet dövrünün insanlarıyıq. Olub desəm, məni qınayarlar. Bəlkə hələ iş də verərlər. Qorxuram söz deməyə. Amma yaxşı at özünə qamçı vurdurmaz” sözlərini deyib. Səhv cümlə qurmamağa çalışan müğənni qadınları atla müqayisə edərək onları təqhir edib.


Oxşar xəbərlər