Bakıda icra başçısının tikdirdiyi yaşayış binası yanır – FOTOLAR – YENİLƏNİB

Bakıda icra başçısının tikdirdiyi yaşayış binası yanır – FOTOLAR – YENİLƏNİB Bakupost.az-ın əldə etdiyi məlumata görə Cəfərova Ruhəngiz adlı qadın tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, durumu ağırdır.

***
Bakıda yaşayış binası yanır.
Yanğın Nizami rayon Naxçıvanski küçəsi, Bakcell Arena stadionunun qarşısındakı 8 a nömrəli binanın 9- cu mərtəbəsində baş verib. Yanğın digər mərtəbələrə də sıçrayıb. Hazırda binada yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın baş verən ərazidədir. Lakin kran lazım olduğu üçün hələ də yanğının qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, bina Gəncənin hazırkı icra başçısı Niyazi Bayramova məxsus MTK tərəfindən tikilib.

Oxşar xəbərlər