Nazir bu idarəyə yeni rəis təyin etdi

Nazir bu idarəyə yeni rəis təyin etdi Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni təyinat olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polis polkovnik leytenantı Seymur Sadıqov vəzifəsindən azad edilərək Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edilib.

Xatırladaq ki, Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi, polis polkovniki Şəmistan Kərimov təqaüd yaşı ilə əlaqədar bir müddət əvvəl vəzifəsindən azad edilmişdi.

Oxşar xəbərlər