
“Qafqazinfo” məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Mehman Sadıqov bildirib ki, noyabrın 22-dək Ə.Muxtarlının adından cəzaçəkmə müəssisəsi və PX-nın rəhbərliyinə aclıq aksiyası keçirməsi ilə bağlı müraciət daxil olmayıb: “Bu gün isə iş günün ilk saatları olduğundan hələ ki, bizdə bu barədə məlumat yoxdur. Əfqan Muxtarlının səhhəti normaldır, hər hansı bir narahatlıq yoxdur”.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir. Balakən rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.