
Oxu.Az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasının damında yanğın olub.
Alov qısa zamanda bir neçə palataya da keçib.
Təcili olaraq əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.
Dərhal xəstəxananın həkim heyəti və xəstələr təxliyyə edilib. Binanın damında təxminən, 25-30 kvm ərazidə başlayan yanğın söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.
FHN-nin əraziyə cəlb olunmuş briqadasından Oxu.Az-a bildirilib ki, ilkin ehtimallara görə, yanğın binanın damında yerləşən elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.


