Məcburi köçkünlərin binasında yanğın olub

Məcburi köçkünlərin binasında yanğın olub Beyləqan rayonunun Birinci Şahsevən kəndində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

FHN xəbər verir ki, ümumi sahəsi 290 m² olan birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər