“O qədər şərəfsiz adam olasan ki…” – Kərim Təranə haqda

“O qədər şərəfsiz adam olasan ki…” – Kərim Təranə haqda “Allah şahidim olsun ki, bu insanın tutulmağına sevinmədim. Gərək o qədər qəddar, şərəfsiz adam olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə birinci növbədə anasına ürəyim yandı. Yazıq onsuz gün görməyib. Ömür boyu əziyyət çəkib. Xəstəlikdən əziyyət çəkir”.

Bu sözləri müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı, hazırda həbsxanada olan prodüser Təranə Səmədova haqqında deyib. İnstaqram səhifəsində Təranənin fotosunu paylaşan ifaçı bunları yazıb:

“Allah onu anasına, balasına bağışladı ki, 1 il cəza ilə canını qurtarıb. Mənə çox pisliklər edib, içimə kimi yandırıb, cahana rüsvay edib. Mənim də ahım var. Amma yenə də Allah qapısını açsın, onu hifz eləsin. Heç olmasa türmədən çıxandan sonra düzgün həyat sürsün.

Nə qədər düşmənim olsa da, belə reallıq deyilən bir şey var. Onunla evli olmuşam. Anası qarşıma yeməyin ən gözəl yerini qoyub, paltarlarımı yuyub. Haqqı var üstümdə.

Uşağının atası uşağına sahib çıxmadı, olsun. Özü həbsxanadan çıxana kimi mən onun ailəsinə baxaram və sahib duraram. İnsanın dar günündə onu baltalamayaq. Sadəcə, Allah qapısını açsın deyək və Allaha həvalə edək”.

Qeyd edək ki, T.Səmədova qadın alverində təqsirləndirilərək, 1 illik azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər