Şər və Böhtan yazanlara tutarlı cavab - Rauf Teyyubov - ÖZƏL

Şər və Böhtan yazanlara tutarlı cavab - Rauf Teyyubov - ÖZƏL Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, "hazırki nəsil cırlaşıb" kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Goranboy Subartezian İdarəsində talan".

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı şəhəri Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Rauf Teyyubovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Şər və Böhtan yazanlara tutarlı cavab - Rauf Teyyubov - ÖZƏL


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubovdur.

Əhalinin içməli su ilə təmin edilməsində və əkin sahələrinin suvarılmasında subartezian quyularının böyük əhəmiyyəti var. Bu baxımdan Goranboyun kənd təsərrüfatı işçiləri bu il 48 min ha sahədə əkin işləri aparıb. Rayonda suvarmanı həyata keçirən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarələrinin kollektivləri əkin sahələrinin su ilə təmin olunması üçün gücləndirilən iş rejimində çalışırlar.

Goranboy subartezian quyular istismar idarəsinin rəisi Rauf Teyyubov başçılığı altında subartezian və artezian quyuların "xidməti" ərazisində min hektarlarla suvarılan sahə mövcuddurvvə bundan əlavə, həmin ərazidə yaşayan yüz minlərlə nəfər əhalinin içməli, kommunal-məişət və digər məqsədlər üçün su təminatı da subartezian və artezian quyuları vasitəsi ilə ödənilir.

Prezident İlham Əliyevin tapşırığı əsasında meliorasiya və su təsərrüfatı kompleksi ilə bağlı xüsusi dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Respublikanın bütün bölgələrində olduğu kimi Goranboy rayonunda da 2019-cu ildə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Rayonda əkin sahələrinin suvarılması subartezian quyuları, nasos stansiyaları təbii su mənbələri hesabına həyata keçirilir.


Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rauf Teyyubov bu işin müqəddəsliyini qoruyub saxlayır. Rauf Teyyubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Rauf Teyyubovdan danışdılar yaxşı ki, Rauf Teyyubov Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi təyin olunub… Rauf Teyyubov öz isguzarlığı ilə tanınır və seçilir….
Şər və Böhtan yazanlara tutarlı cavab - Rauf Teyyubov - ÖZƏL


Rauf Teyyubov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Rauf Teyyubovu heç vaxt əqidəsindən döndərə bilməz.

Rauf Teyyubov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rauf Teyyubov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rauf Teyyubov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Rauf Teyyubovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rauf Teyyubov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rauf Teyyubov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rauf Teyyubov özünü doğruldub. Bizdə hörmətli Rauf Teyyubovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şər və Böhtan yazanlara tutarlı cavab - Rauf Teyyubov - ÖZƏL

Oxşar xəbərlər