
Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan dayanan VAZ-21O7, “Nissan” və BMV markalı avtomobillərə çırpılıb.
Nəticədə 4 maşına ciddi ziyan dəyib, yaralananlar var.
Hadisə yerinə çoxsaylı təcii yardım və xilasetmə maşınları cəlb edilib.
Qəza nəticəsində Qara Qarayev prospekti şəhər istiqamətində tamamilə bağlanıb.