Aeroport yolunda qız özünü “BMW”dən atdı – VİDEO

Aeroport yolunda qız özünü “BMW”dən atdı – VİDEO Bakıda qeyri-adi yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Avtosfer.az-ın xəbərinə görə, aeroport yolunda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin ön oturacağında əyləşən qadın sərnişin qapını açaraq özünü yola atıb.

Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşüb, qızı qucağına alaraq avtomobilə qoyub, daha sonra yoluna davam edib.

Hadisəyə səbəb kimi avtomobildə mübahisənin olduğu ehtimal edilir.


Oxşar xəbərlər