Elçin Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! - ÖZƏL

Elçin Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! - ÖZƏL Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir.

AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın Baş redaktor müavini vəzifəsidə çalışıb. Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Astrofizika, radioastronomiya ixtisasına yiyələnib.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Həmçinin AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin rəhbəridir.


Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Babayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Babayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elçin Babayevdən danışdılar yaxşı ki, Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin olunub… Elçin Babayev öz isguzarlığı ilə tanınır və seçilir….

Elçin Babayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Elçin Babayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Elçin Babayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elçin Babayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elçin Babayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elçin Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elçin Babayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elçin Babayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Dövlət Universitetinin rektoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Babayev özünü doğruldub. Bizdə hörmətli Elçin Babayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Elçin Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! - ÖZƏLElçin Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! - ÖZƏL

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırıb. Respublikada aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildiyini bildirib. Ulu Öndərin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin 1969-cu ildə, 50 illik yubileyinin məhz özünün iştirakı ilə keçirilməsini hakimiyyətə gəldiyi ilk vaxtlardan etibarən elmə, təhsilə böyük əhəmiyyət verməsi, diqqət ayırması ilə əlaqələndirib. Rektor həmin dövrdə yüksəkixtisaslı kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsini gələcəyə hesablanmış addım kimi qiymətləndirib. Rektor E.Babayev görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini vurğulayıb.

Elçin Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! - ÖZƏL

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalq və qurduğu dövləti dünya miqyasında tanıda bilib. B.Muradova vurğulayıb ki, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatların aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkilərinin keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldığını diqqətə çatdıran Bahar Muradova Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qaldığını bildirib.

Ulu Öndərə həsr olunmuş videofilmin nümayişindən sonra tədbir millət vəkilləri Musa Qasımlı, Elman Nəsirov, BDU-nun professoru İzzət Rüstəmov və Tarix fakültəsinin tələbəsi Əli Babazadənin çıxışları ilə yekunlaşıb.

Oxşar xəbərlər