
Bunu “Report”a açıqlamasında həmin şöbənin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov deyib.
Şöbə müdiri bildirib ki, aprel ayında 6, mayda 21, iyunda da 17 nəfəri ilan sancıb: “Mayda ilan sancanlardan 4-ü, iyunda isə 2-si uşaq olub. Müraciət edənlər Şirvan, Hacıqabul, Şamaxı, Qəbələ, Şəmkir, Tovuz, Yevlax, Gəncədə yaşayanlardır. İlan sancmasından ölüm faktı qeydə alınmayıb”.
A.Maqsudov bu il əqrəb sancması ilə müraciət edənlərin sayının 7 nəfər olduğunu bildirib: “Əqrəb sancanlar arasında uşaq yoxdur. Hamısı müayinə və müalicədən sonar evə buraxılıb”.