

FEDERASİYANIN RƏHBƏRİ RÖVŞƏN QULİYEV AVROPADA AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDƏN KOMANDAMIZIN UĞURLARINDAN DANIŞDI. DAHA SONRA UKRAYBADA YENİ KOMANDALARIN AÇILIŞINDAN VƏ PREZİDENTİN KÖMƏKÇİSİNİN TƏBRİKİNDƏN SÖZ AÇDI. BU UĞURLARA GÖRƏ CƏNAB NAZİR FEDERASİYANIN HEYƏTİNİ VƏ PREZİDENTİNİ RÖVŞƏN QULİYEVİ TƏBRİK EDİB. FEDERASİYANIN VİTSE PREZİDENTİ ELMAR HÜSEYN RÖVŞƏN QULİYEV TƏRƏFİNDƏN YARADILAN KOMANDANIN BİR İLLİK FƏALİYYƏTİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN VƏ BİRİNCİ VİTSE PREZİDENTİN DİQQƏTİ SAYƏSİNƏ FEDERASİYANIN UĞURLARINI TƏQDİM ETDİ.YARIŞLAR ƏKS ETDİRƏN ŞƏKİLLƏRİ ÇOX HÖRMƏTLİ ƏLİ ƏHMƏDOVA TƏQDİM EDİB.
1.Prezident RÖVŞƏN QULİYEV
2. Vitse-Prezident Hüseynov Elmar
3. Məsul katib Nuriyeva Arzu
4. Mətbuat katibi Sima Babayeva
5. PRESS Aliyev Şamo
6. Kapitan Ələkbarov Rasim-------9
7. Oyuncu Mammadov Çingiz---10
8. Oyuncu Teymurov Əkram------8
9. Oyuncu Ismayılov Yasin--------5
10. Oyuncu Ziyadov İlkin------------6
11. Oyuncu Rahimov İkram ---------1
12. Oyuncu Quliyev Rauf------------11
13. Oyuncu Hüseynov Eşqin-------3
14. Oyuncu Quliyev Pünhan--------4
15. Oyuncu Əliyev Qurban-----------7
16. Oyuncu Məmmədov Anar
17. Oyuncu Əliyev Rafiq---22
18. Abdullayev Elnur
19 Asif Abdullayeva
20 Ağakişiyev Etibar
21 Gülməmmədov Əliağa
22 Hacibala Asgerov
23 ƏyyubovFərhad






Əlil və Veteranlar Birliyinin Təşkilat komutəsinin sədri Rövşən Quliyev - Bu gün tam əminliklə deyə bilərik ki, müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuşdur. Bu gün müstəqil Azərbaycan dövləti məcburi köçkünlərə, şəhid ailələrinə, müharibədə fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda məcburi köçkün ailələri üçün yeni qəsəbələr salınır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin, Qarabağ döyüşlərində sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Ən əsası isə odur ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən böyük dəyərdir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə yaradılan birlik dövlətin bu cür insanlara dəstək olması deməkdir
Son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. Yəni, bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir.
Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır.
Rövşən Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Rövşən Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Rövşən Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Rövşən Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Rövşən Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Rövşən Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Rövşən Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Rövşən Quliyev: Azərbaycan höküməti hər zaman Qarabağ şəhidlərinin ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərmişdir
Rövşən Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Əlil və Veteranlar Birliyinin Təşkilat komutəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Rövşən Quliyev özünü doğruldub. Bizdə hörmətli Rövşən Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.