Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı – FOTO, VİDEO

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı – FOTO, VİDEO Hər kəsin müzakirə etdiyi modelin hesabı bağlanıb

UEFA Çempionlar Liqasının final oyununda meydana yarıçılpaq vəziyyətdə çıxan model Kinsi Volanskinin “Instagram”dakı hesabı bağlanıb.

K.Volanski İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının qarşılaşdığı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarının gözündən yayınaraq meydana daxil olmuş, bununla da oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.

Bundan sonra modelin “Instagram”dakı hesabının izləyici sayı 24 saat içində 2 milyona çatmışdı.

Bilinməyən səbəbdən “Instagram” modelin profilini bağlayıb. Buna səbəb sürətli şəkildə izləyicisinin armtası da ola bilər.

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı – FOTO, VİDEO


Qeyd edək ki, K.Volanski rusiyalı bloqer, “YouTube”da 2,2 milyon izləyicisi olan “Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydana üzərində məhz “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı. Buna səbəb həm də sevgilisinin ömürlük stadiona girişinin qadağan edilməsidir.

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı – FOTO, VİDEO

Oxşar xəbərlər