Bakının mərkəzi yolları 8 günlük bağlandı

Bakının mərkəzi yolları 8 günlük bağlandı Bu gündən başlayaraq aprelin 30-dək Bakının bəzi küçələri bağlı olacaq.
Neftçilər prospekti "Azneft" dairəsindən "Port Baku"yadək, Puşkin küçəsi - Neftçilər prospekti Xəqani küçəsinə kimi, Xəqani küçəsi - Puşkindən Behbudova kimi, Rəşid Behbudov - Xəqani küçələrindən Neftçilər prospektinə kimi, Zərifə Əliyeva küçəsi - Puşkindən Rəsul Rzayadək, Rəsul Rza küçəsindən Zərifə Əliyeva prospektinə kimi, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi küçələri nəqliyyatın hərəkətinə bağlanıb. Bağlanan yollar 30 aprel səhər 06:00-da açılacaq.
Qeyd edək ki, aprelin 26-28-i tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Oxşar xəbərlər