Bakıda “Bakubus” qəzaya düşdü: Sərnişinlər xəstəxnaya yerləşdirildi

Bakıda “Bakubus” qəzaya düşdü: Sərnişinlər xəstəxnaya yerləşdirildi Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.

Metronun Gənclik stansiyasının yaxınlığında BakuBus MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişinlər – 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Oxşar xəbərlər