
Bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Bakıda Litva ilə yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
22 yaşlı hücumçu məşhur karikaturaçı Omar Momaninin onun rəsmini çəkməsinə də münasibət bildirib:
"Onun karikatura çəkməsi heç kəsə, o cümlədən də mənə pis təsir edə bilməz. Meydanda nəsə etdiyin halda, karikatura çəkilməsi və ya nələrinsə yazılmasına normal baxıram".
Rusiyanın "Krılya Sovetov" klubunun formasını geyinən forvard gələcək karyerasından da danışıb:
"Klubla yaya qədər müqaviləm var. Qarşıda hələ 10 oyunumuz olacaq. Özümü necə göstərməyimdən çox şey asılıdır. Vəziyyətə baxacağıq. Hələlik başqa klublardan təklif almamışam".
