ABŞ-ın Azərbaycandakı səfiri tezliklə Bakıya gəlir

ABŞ-ın Azərbaycandakı səfiri tezliklə Bakıya gəlir ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberq tezliklə Bakıya gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin rəsmi Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, ABŞ Senatı ötən ilin dekabrında diplomat Li Litzenberqin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib.

Onun namizədliyi prezident Donald Tramp tərəfindən təklif edilmişdi. Səfir postuna təyin edilənə qədər diplomat Serbiya, Qırğızıstan səfirliklərində, həmçinin Birləşmiş Ştatların NATO yanındakı missiyasında çalışıb.

Oxşar xəbərlər