Azərbaycanda nə qədər Türkiyə vətəndaşı yaşayır?

Azərbaycanda nə qədər Türkiyə vətəndaşı yaşayır? Azərbaycanda 55 min Türkiyə vətəndaşı yaşayır.
Bu barədə trend Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Azərbaycandan başqa, Rusiya və Qazaxıstanda hər birində 40 min, İranda 5 min, Özbəkistanda isə 2 min Türkiyə vətəndaşı yaşayır.
Ümumilikdə xaricdə 5 milyon Türkiyə vətəndaşının yaşadığı bildirilir. Onların da ən çoxu - 2 milyonu Almaniyadadır.

Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, 2018-ci ildə Türkiyə əhalisi 2017-ci illə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib. Ölkə əhalisinin 50,2 faizi kişi, 49,8 faizi isə qadındır.

Oxşar xəbərlər