Manaf Şirinov: «EVRASCON» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir

Manaf Şirinov: «EVRASCON» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir “EVRASCON” ASC-nin sədr müavini Manaf Şirinov - “EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.

Şirkətin personalı 3000 nəfərdən artıqdır. Onlar həm Azərbaycanda, həm də ölkə xaricində ən məsul tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi üçün cəlb olunan müxtəlif profilli yüksək ixtisaslı mütəxəssislərdir. Şirkətdə cavan kadrların hazırlanması və şirkətin texniki bazasının ən müasir avadanlıqla təmin olunması üzrə fəal işlər aparılır.

Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» (keçmiş “Azərkörpü”) 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi başlamışdır. 2001-ci ildə keçirilmiş özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu almışdır. 2013-cü ildə "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» adı ilə əvəz etdi. İşlərin yüksək keyfiyyəti və ən mürəkkəb layihələri öhdəsinə götürmək hazırlığı sayəsində, "EVRASCON" korporasiyası müxtəlif ölkələrdə özünü yaxşı tanıtdı ki, bu da adının daha universal bir adla dəyişdirilməsinə səbəb oldu.

Manaf Şirinov: «EVRASCON» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir


Fəaliyyət müddəti ərzində korporasiya həm Azərbaycanda, həm də ölkə xaricində müxtəlif obyektlərin tikintisi sahəsində böyük təcrübə qazanmışdır.

Azərbaycanda ilk dəfə 2007-ci ildə "EVRASCON" korporasiyası tərəfindən qabaqcadan gərginləşdirilmiş dəmir-beton aşırım qurğusundan istifadə etməklə körpü tikilmişdir. 2009-cu ildə isə qabaqcadan gərginləşdirilmiş dəmir-beton aşırım qurğusundan istifadə edərək respublikamızda dayaqlarının hündürlüyü 34 m təşkil edən ən hündür körpü inşa etmişdir.

Bu gün, Azərbaycanın nəhəng inşaat meydançasını xatırlatdığı bir dövrdə, çox sahəli ixtisaslaşdırmaya malik olan Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir.

Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON»-un tarixi ölkəmizin regionlarının inkişafıyla və nəqliyyat və hidrotexniki tikintilərin dayaq şəbəkəsinin tikintisiylə çox sıx bağlıdır.
Manaf Şirinov: «EVRASCON» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir

“EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.

Azərbaycanda fəaliyyət göstərən çox sahəli şirkətlərdən biri olaraq, "EVRASCON" korporasiyası ölkənin çox sürətli inkişafına öz töhvəsini verərək iqtisadiyyatın müxtəlif sahələrdində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bundan başqa, şirkət inşaat və montaj işlərində xaricdə fəal iştirak edir. Bu ölkələr sırasına Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova, Türkiyə aiddir. Bizim şirkətimizin filialları Qazaxıstan, Rusiya, Ukrayna və Türkiyə kimi böyük ölkələrdə fəaliyyət göstərir.

Bizim korporasiyamızın sifarişçiləri həm daxili, həm də xarici şirkətlərdir. Bunlar «Azəryolservis» ASC, «Meliorasiya və su təsərrüfatı» ASC, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan ərazilərin bərpası və yenidən qurulması üzrə agentlik, «Ukravtodor», BP, BTC (Bakı-Tbilisi-Ceyhan), Tecfen, Petrofac, Technip, Washington International Ink., Keppel (Qazaxstan LLP, Qazaxstan Beynəlxalq Dəniz Limanı) və s.-dir.

“EVRASCON” ASC Dünya Bankı, Avropa Bərpa və İnkişaf Bankı, Avropa Komissiyası, İslam İnkişaf Bankı və TACİS proqramları kimi tanınmış beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsində iştirak edir.

Manaf Şirinov: «EVRASCON» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir


Korporasiyanın personalı 5800 nəfərdən artıqdır. Xarici filiallarda isə personalın sayı 2000 nəfər təşkil edir. Onlar həm Azərbaycanda, həm də ölkə xaricində ən məsul tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi üçün cəlb olunan müxtəlif profilli yüksək ixtisaslı mütəxəssislərdir.

Yerinə yetirilən işlərin yüksək keyfiyyəti, dünya tikinti texnikasının ən yaxşı nümunələri, tikinti sahəsində son nailiyyətlər, təcrübəli çoxprofilli personal - bu gün Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC Sizə bunları təklif edə bilər.

Bundan başqa, şirkətdə gənc kadrların hazırlanması və korporasiyanın texniki bazasının ən müasir avadanlıqla təmin olunması üzrə daimi olaraq fəal işlər aparılır.

Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkənin iqtisadi inkişaf yolu ilə irəliləməsinə kömək etmək üçün əlindən gələni edir.

“EVRASCON” ASC 2018-ci ilin fevral ayından başlayaraq BS İSO 9001:2015 və , BS İSO 14001:2015 tələblərinə uyğun Keyfiyyət və Ekoloji Menecmet Sistemlərində dəyişikliklərin tətbiqinə başlamış və cari ilin may-avqust aylarında Keyfiyyət/ Ekologiya /Təhlükəsizlik üzrə İnteqrəolunmuş Menecment Sisteminin bu dəyişikliklər nəzərə alınaraq sertifikatlaşdırılmasının aparılmasının başa çatdırılmasını planlaşdırır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “EVRASCON” ASC-nin sədr müavini Manaf Şirinovdur.

“EVRASCON” ASC-nin sədr müavini Manaf Şirinov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Manaf Şirinov bu işin müqəddəsliyini qoruyub saxlayır. Manaf Şirinov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Manaf Şirinovdan danışdılar yaxşı ki,
Manaf Şirinov “EVRASCON” ASC-nin sədr müavini təyin olunub…
Manaf Şirinov öz isguzarlığı ilə tanınır və seçilir….

Manaf Şirinov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Oxşar xəbərlər